“Neftçi” və “Keşlə” yarımfinalda - VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Neftçi” və “Keşlə” yarımfinalda - VİDEO

21:42 - 14 / 12 / 2017
“Neftçi” və “Keşlə” yarımfinalda - VİDEO

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

1news.az xəbər verir ki, yarımfinalın ilk iştirakçısı Gəncədə məlum olub. Burada “Kəpəz” ilk qarşılaşmada 0:2 hesabı ilə uduzduğu “Keşlə”ni qəbul edib. Oyun qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə paytaxt təmsilçisi yarımfinala yüksəlib.

Günün digər matçında isə “Neftçi” “Zirə”ni qəbul edib. İlk oyunda 0:1 hesabı ilə uduzan “ağ-qaralar” cavab görüşündə 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adını yazdırıb.

Qeyd edək ki, 1/4 finalın digər oyunları sabah keçiriləcək.

Azərbaycan kuboku

1/4 final mərhələsi, cavab oyunları

14 dekabr

“Neftçi” - “Zirə” - 2:0

Qırmızı vərəqə: Yovan Krneta, 90+4

Qollar: Barqas, 36, Mirabdulla Abbasov, 45+2

“Kəpəz” – “Keşlə” – 2:3

Qollar: Şəhriyar Rəhimov, 48; Kamran Abdullazadə, 80 - Mirsahib Abbasov, 34, 85; Pərdis Fərcad-Azad, 82

1news.az

Paylaş:
734

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər