Nazir pensiyaların artırılmasından danışdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir pensiyaların artırılmasından danışdı

13:43 - 15 / 12 / 2017
Nazir pensiyaların artırılmasından danışdı

“2018-ci ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Statistika Komitəsindən 2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempi barədə məlumat alacaq. Həmin faizə uyğun olaraq pensiyaların ümumi məbləği indeksləşdirilərək artırılacaq”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

"Artıq əmək pensiyalarının artırılmasının yeni mexanizmi ortaya qoyulub. Bildiyiniz kimi, edilmiş dəyişikliklərə görə, əmək pensiyalarının "baza hissəsi" və "sığorta hissəsi" anlayışları yoxdur. Bu anlayışlar birləşdirilib. Əmək pensiyasının artıq bütöv məbləği var və artırılma da bütöv məbləğə tətbiq olunacaq. 2018-ci ilin yanvar ayında biz Dövlət Statistika Komitəsindən 2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempi barədə məlumat alacağıq. Həmin faizə uyğun olaraq pensiyaların ümumi məbləği indeksləşdirilərək artırılacaq. Əgər ölkə üzrə 2017-ci il ərzində orta aylıq nominal əməkhaqqının artım sürəti 7% olarsa, məsələn, 250 manat məbləğində pensiya alan adamın pensiyası 250 manatın 7%-i qədər artacaq ki, bu da 17,5 manat edir. Bu misalı aydınlaşdırmaq üçün çəkdim. Bu, kimlərə tətbiq olunmayacaq? Dövlət qulluqçusu, hərbi qulluqçu, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və sair bu kimi kateqoriyadan olan şəxslərə bu artım şamil olunmayacaq", - deyə nazir bildirib.

1news.az

Paylaş:
550

Son xəbərlər

“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37
Bütün xəbərlər