Efirdə azərbaycanlı və erməni arasında əlbəyaxa dava - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Efirdə azərbaycanlı və erməni arasında əlbəyaxa dava - VİDEO

15:05 - 15 / 12 / 2017
Efirdə azərbaycanlı və erməni arasında əlbəyaxa dava - VİDEO

Rusiyanın “Zvezda” kanalında yayımlanan siyasi tok-şouda azərbaycanlı jurnalist Fuad Abbasovla erməni əsilli rus ekspert Sarkis Çaturyan arasında əlbəyaxa dava olub.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mübahisə erməni ekspertin Türkiyənin Suriyadakı rolu ilə bağlı sərt, təhqiramiz fikirlər səsləndirməsinə görə yaranıb.

Fuad Abbasov ekspert kürsüsündə əyləşən Sarkis Çaturyan, Qevorq Mirzoyan və suriyalı həmkarı Abas Cüməyə yaxınlaşaraq “mən Türkiyənin Suriya məsələsindəki rolunu kiçildən türklərə fobiyası olan erməni və Suriya əsilli ekspertləri sakitləşdirmək istəyirəm” deyib.

Bu zaman mübahisə qızışıb və Abbasovla Çaturyan əlbəyaxa dava etməyə cəhd ediblər. Aparıcılar qonaqları sakitləşdirməyə çalışarkən Çaturyan jurnalisti hədələyərək “problem istəyirsənsə, olacaq. Dilinə sahib ol” söyləyib.

1news.az

Paylaş:
1382

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər