Bakıda iki marşrut xəttinin hərəkət trayektoriyası dəyişib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda iki marşrut xəttinin hərəkət trayektoriyası dəyişib

17:13 - 15 / 12 / 2017
Bakıda iki marşrut xəttinin hərəkət trayektoriyası dəyişib

6 və 8 nömrəli marşrut xətlərinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

Dekabrın 15-dən Süleyman Sani Axundov küçəsində aparılan qazıntı işləri ilə bağlı, yol nəqliyyatın hərəkəti üçün dayandırılıb və bununla bağlı olaraq 6 və 8 nömrəli marşrut xətlərinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

1news.az xəbər verir ki, bu barədə “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev məlumat verib.

O bildirib ki, Azadlıq prospekti, Süleyman Sani Axundov küçəsi ilə hərəkət edərək “Azadlıq Prospekti” metro stansiyası yaxınlığındakı dayanacağa daxil olan 6 və 8 nömrəli xətt üzrə hərəkət edən avtobuslar müvəqqəti olaraq, hər iki istiqamətdə Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələri ilə hərəkət edirlər.

1news.az

Paylaş:
744

Son xəbərlər

Bütün xəbərlər