Prezident: Azərbaycanın qədim dövrün elmi nailiyyətlərinin qorunub saxlanılmasında özünəməxsus yeri var | 1news.az | Xəbərlər
Rəsmi

Prezident: Azərbaycanın qədim dövrün elmi nailiyyətlərinin qorunub saxlanılmasında özünəməxsus yeri var

17:39 - 15 / 12 / 2017
Prezident: Azərbaycanın qədim dövrün elmi nailiyyətlərinin qorunub saxlanılmasında özünəməxsus yeri var

Prezident İlham Əliyev Azərbaycanın gənc alimlərinin birinci qurultayının iştirakçılarına müraciət ünvanlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, müraciətdə deyilir:

“Hörmətli qurultay iştirakçıları!

Sizi Azərbaycanın gənc alimlərinin birinci qurultayının öz işinə başlaması münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə uğurlar arzulayıram!

Qloballaşmanın böyük vüsət aldığı müasir dövrdə elmin əhəmiyyətinin gündən-günə artması və yüksək texnologiya sahələrinin sürətlə genişlənməsi çevik innovasiya fəallığı və yeni yanaşmalar tələb edir. Mövcud şərait düşünən və araşdıran gəncliyin intellektual potensialının tam üzə çıxarılması üçün əlverişli zəmin hazırlanmasını ön plana çıxarır. Ümidvaram ki, gənc alimlərimizin ilk mötəbər məclisi zamanın çağırışlarına cavab olaraq bu istiqamətdə fəaliyyətin aparıcı meyillərinin müəyyənlik qazanmasına təkan verəcəkdir.

Mədəniyyətlər arasında əsrlər boyu körpü rolunu oynamış Azərbaycanın qədim dövrün elmi nailiyyətlərinin qorunub saxlanılmasında və dünya elm xəzinəsinin daha da zənginləşdirilməsində özünəməxsus yeri vardır. Tarixi ənənələrlə müasirliyin ahəngdar vəhdətində davamlı yeniləşən ölkəmizdə elmin prioritetləri dünya elminin hazırkı inkişaf tendensiyalarına uyğun olub, milli strateji maraqların konseptual şəkildə həllinə yönəlmişdir. Dinamik yüksəlişimiz də xalqımızın elmi potensialından yaradıcılıqla və səmərəli istifadənin nəticəsidir.

Azərbaycan Milli Elmlər Akademiyası və ali təhsil müəssisələrimizin fəaliyyəti respublikamızda kreativ düşüncəli və eyni zamanda, dəyərlərimizə sadiq gənc alimlər nəslinin formalaşması baxımından xüsusi əhəmiyyətə malikdir. Müvəffəqiyyətlə gerçəkləşdirilən “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” gənclərimizin elmə daha yaxından cəlb olunması və dünya elminə inteqrasiyası istiqamətində atılmış mühüm addımlardandır. Proqram çərçivəsində beynəlxalq miqyasda tanınmış ali təhsil ocaqlarında təhsil alan gənclərimizin elmdə varislik prinsiplərini davam etdirərək sanballı tədqiqatları ilə ölkəmizin müasir dünya elm məkanında layiqli təmsilçiləri olacaqlarına inanıram.

Gənclərin həyatımızın bütün sahələrində fəal iştirakı və innovativ təşəbbüslərinin dəstəklənməsi Azərbaycanda gənclər siyasətinin başlıca prinsipləridir. Dövlətimizin daimi diqqət və qayğısı sayəsində gənc alimlərimiz, heç şübhəsiz, tükənməz enerji ilə çalışaraq müstəqil Azərbaycanın inkişafı naminə bundan sonra da töhfələrini əsirgəməyəcəklər.

Əminəm ki, qurultayınızda səmərəli fikir mübadiləsi aparılacaq, əhəmiyyətli təkliflər irəli sürüləcək və elmimizin gələcəyi ilə bağlı dolğun fəaliyyət proqramı qəbul olunacaqdır”.

1news.az

Paylaş:
499

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər