Milli Qəhrəman Salatın Əsgərovanın doğum günüdür - FOTO  | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Qəhrəman Salatın Əsgərovanın doğum günüdür - FOTO 

13:38 - 16 / 12 / 2017
Milli Qəhrəman Salatın Əsgərovanın doğum günüdür - FOTO 

16 dekabr Milli Qəhrəman Salatın Əsgərovanın doğum günüdür.

1news.az-ın verdiyi xəbərə görə, Salatın Əziz qızı Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda anadan olub.

O, “Molodoj Azerbaydyana” qəzetinin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazıb, tez-tez cəbhənin qaynar nöqtələrində olub, heç nədən qorxmadan dəfələrlə erməni kəndlərinə gedib, onları yanlış yoldan geri çağırmağa çalışıb.

1991-ci il yanvarın 9-da Şuşanın Qaladərəsi kəndi yaxınlığında ermənilərin pusqusuna düşüb və qətlə yetirilib. 1992-ci il noyabrın 6-da Milli Qəhrəman adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərində küçələrdən biri, Bakı buxtasındakı gəzinti kateri onun adını daşıyır. “Təfəkkür” Universitetində büstü qoyulub, yaşadığı binaya xatirə lövhəsi vurulub.

Şuşanın kəndlərindən birinə onun adı verilib.

Ailəli idi, Ceyhun adlı oğlu yadigar qalıb. Poeziyanı, musiqini və kitab oxumağı çox sevərdi.

S.Xankişiyeva

Paylaş:
760

Son xəbərlər

Bütün xəbərlər