DHKP-C terror təşkilatı Ərdoğana qarşı sui-qəsd planlaşdırırmış – FOTO | 1news.az | Xəbərlər
Dünya

DHKP-C terror təşkilatı Ərdoğana qarşı sui-qəsd planlaşdırırmış – FOTO

16:48 - 17 / 12 / 2017
DHKP-C terror təşkilatı Ərdoğana qarşı sui-qəsd planlaşdırırmış – FOTO

Yunanıstanda saxlanılan DHKP-C terror təşkilatının 9 üzvünün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd planlaşdırdığı ortaya çıxıb.

1news.az-ın Anadolu agentliyinə  istinadla verdiyi xəbərə görə, bu barədə yunan polisinin saxlanılan şəxslərin evlərindən tapdığı sənədlərdə qeyd edilib.

Həmin planda raket və əl qumbaralarla Ərdoğana sui-qəsd edilməsi nəzərdə tutulubmuş. Hücum Ərdoğanın Yunanıstana səfəri zamanı kartejin keçidi əsnasında ediləcəkmiş. Lakin yunan polisinin 9 terrorçunu ələ keçirməsi nəticəsində plan baş tutmayıb.

Hazırda polislər sui-qəsddə istifadə edilməsi planlaşdırılan raket və qumbaraları axtarır. Silah-sursatın Afinanın şərqindəki Parnita dağının ətəyində basdırıldığı ehtimal edilir.

S.Xankişiyeva

 

Paylaş:
1932

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər