Pərviz Şahbazov enerji obyektlərində olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Pərviz Şahbazov enerji obyektlərində olub

16:46 - 18 / 12 / 2017
Pərviz Şahbazov enerji obyektlərində olub

Energetika naziri Pərviz Şahbazov ölkənin enerji sektorunda mühüm yer tutan bir sıra müəssisələrin fəaliyyəti ilə yaxından maraqlanıb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, bu məqsədlə Şirvana səfəri çərçivəsində 780 meqavat gücə malik “Cənub” Elektrik Stansiyasının işi ilə tanış olub. Müstəqillik dövründə tikilmiş ən böyük elektrik stansiyalarından biri kimi ölkənin enerji potensialının gücləndirilməsinə xidmət edən bu infrastruktur qurğusu barədə nazirə ətraflı məlumat verilib. Bildirilib ki, 2013-cü ildən istismara verilmiş stansiyanın fəaliyyəti keyfiyyətlilik və qənaətlilik prinsipinə əsaslanır. “Cənub” Elektrik Stansiyası analoji stansiyalardan fərqli olaraq faydalı iş əmsalı, sərfiyyat kimi məsələlərdə bir sıra üstünlüklərə malikdir.

Sonra energetika naziri yağ və quru tipli transformatorlar istehsal edən “ATEF Şirkətlər Qrupu” MMC-də olub, inkişaf etmiş ölkələrin texnologiyaları əsasında qurulmuş istehsalat prosesi ilə maraqlanıb.

Pərviz Şahbazov Bakı şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayan Qaradağ rayonu ərazisindəki “Səngəçal Elektrik Stansiyası”na da baş çəkib. Ümumi gücü 300 meqavat olan bu modul tipli stansiyanın qaz, mazut və dizellə işləmək imkanına malik olduğu qeyd edilib.

Dünyanın ən böyük neft və qaz terminallarından olan “Səngəçal” terminalının “Şahdəniz-2” layihəsi çərçivəsində genişləndirilən sahəsinə də gələn energetika nazirinə layihə üzrə tikinti və quraşdırma işlərinin gedişatı barədə məlumat verilib. Bildirilib ki, layihə çərçivsində işlər yekunlaşmaq üzrədir. Genişləndirmə tədbirləri ildə əlavə 16 milyard kubmetr qaz emalına imkan yaratmaqla, terminalın Azərbaycanın neft-qaz sənayesi üçün əhəmiyyətini daha da artıracaq.

Daha sonra Bakı İstilik Elektrik Mərkəzində (İEM) olan Pərviz Şahbazov istehsal prosesinin dayanıqlılığını artırmaq məqsədilə həyata keçirilən tədbirlərlə maraqlanıb, müvafiq tapşırıqlar verib.

1news.az     

 

 

 

Paylaş:
574

Son xəbərlər

Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21
Bütün xəbərlər