Samir Şərifov Dünya Bankının icraçı vitse-prezidentini qəbul edib
Dekabrın 18-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin icraçı vitse-prezidenti və baş icraçı direktoru xanım Keiko Hondanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Maliyyə Nazirliyindən 1news.az-a verilən məlumata görə, görüşdə Dünya Bankı Qrupunun Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara verdiyi davamlı dəstək yüksək qiymətləndirilib, Azərbaycanla Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin uğurlu əməkdaşlığı, o cümlədən qurumun ölkəmizdə həyata keçirilən bir sıra mühüm investisiya layihələrinə, eləcə də “Cənub Qaz Dəhlizi” layihəsinə verdiyi dəstək qeyd olunub.
Ölkəmizin davamlı iqtisadi inkişafını qeyd edən xanım Keiko Honda etibarlı tərəfdaşlar kimi Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyi ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.
1news.az