Azərbaycan Tacikistana yeni səfir təyin edib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Tacikistana yeni səfir təyin edib

19:07 - 18 / 12 / 2017
Azərbaycan Tacikistana yeni səfir təyin edib

Prezident İlham Əliyev H.D.Məmmədzadənin Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”.

1news.az

Paylaş:
742

Son xəbərlər

Bütün xəbərlər