MTRŞ yeni telekanalın açılması üçün sənəd təqdim edənləri açıqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

MTRŞ yeni telekanalın açılması üçün sənəd təqdim edənləri açıqlayıb

09:56 - 18 / 12 / 2017
MTRŞ yeni telekanalın açılması üçün sənəd təqdim edənləri açıqlayıb

Milli Televiziya və Radio Şurası(MTRŞ) tərəfindən ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna 16 noyabr 2017-ci il tarixdən  16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqə başa çatıb.

MTRŞ-dan 1news.az-a verilən məlumata görə, qeyd olunan müddətdə 3 iddiaçı – “BAKU ART LAB” MMC,  “Türkel TV” MMC, “MEDİA MASTER” MMC müsabiqəyə sənədlərini təqdim edib.

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə uyğun olaraq Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqənin elan  edildiyi gündən 60 gün müddətində müsabiqənin nəticələrinə baxılacaq və müvafiq qərar qəbul ediləcək.

1news.az

Paylaş:
665

Son xəbərlər

Bütün xəbərlər