Sürücülərin diqqətinə - bu prospektdə hərəkət məhdudlaşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürücülərin diqqətinə - bu prospektdə hərəkət məhdudlaşdırılır

10:50 - 18 / 12 / 2017
Sürücülərin diqqətinə - bu prospektdə hərəkət məhdudlaşdırılır

Babək prospektində aparılacaq yenidənqurma işləri ilə əlaqədar olaraq, bu gündən etibarən (18 dekabr) sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu barədə 1news.az-a  “Azəravtoyol” ASC-dən məlumat verilib.

Yenidənqurma işlərinə prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqamətində start verilir.

Sürücülərdən xahiş olunur ki, təmir işləri aparılan ərazilərdə diqqətli olsunlar və prospektdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.

1news.az

 

Paylaş:
714

Son xəbərlər

Bütün xəbərlər