Şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə görə cərimə ləğv olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə görə cərimə ləğv olundu

14:23 - 19 / 12 / 2017
Şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə görə cərimə ləğv olundu

Azərbaycan Respublikasının Prezidenti “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununa və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunları imzalayıb.

1news.az-ın verdiyi xəbərə görə, qanun qəbul edilənədək şəxsiyyət vəsiqəsinin və ya pasportun itirilməsinə və ya korlanmasına görə İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulmuşdu. Şəxsə əvvəlcə inzibati cərimə (30 manat) tətbiq edilir daha sonra isə, o, dövlət rüsumu ödəyərək yeni sənədi əldə edirdi.

Yeni qəbul edilən Qanunlara əsasən şəxsiyyət vəsiqəsinin və ya pasportun itirilməsinə və ya korlanmasına görə inzibati məsuliyyət (30 manat cərimə) ləğv edilir və əvəzində dövlət rüsumunun məbləği (10 manat) artırılır. Bununla da vətəndaşlar həm əlavə məsuliyyət tədbirlərindən azad edilir, həm də inzibati icraatla əlaqədar sənədlərin tərtib edilməsinə görə sərf edilən vaxt itki istisna edilmiş olur.

“Dövlət rüsumu haqqında” qanuna edilmiş digər dəyişiklik arxiv sənədlərinin verilməsi ilə bağlıdır.

Əvvəlki qanunvericiliyə əsasən arxiv arayışları vətəndaşların müraciətlərinə əsasən 1 ay müddətində verilirdi. Lakin təcrübədə bir çox hallarda daha qısa müddətdə sənədlərin hazırlanması zərurəti yaranır, bu hal qanunvericilikdə nəzərdə tutulmadığı üçün təcili şəkildə belə sənədlərin verilməsi mümkün olmurdu.

“Dövlət rüsumu haqqında” qanuna edilmiş dəyişikliyə əsasən vətəndaşlar arxiv arayışlarının və arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin daha qısa müddətdə 3 və ya 5 gün müddətində ala biləcəklər. Vətəndaşlar arxiv arayışlarının 3 gün müddətində alınması üçün 10 manat, 5 günə alınması üçün 5 manat məbləğində dövlət rüsumu ödəməklə sürətləndirilmiş qaydada bu arayışları ala biləcəklər.

Sənədləri təcili əldə etmək istəməyən şəxslər arxiv arayışlarını əvvəlki kimi pulsuz olaraq alacaqlar.

S.Xankişiyeva

Paylaş:
11617

Son xəbərlər

Axtarışda olan şübhəli şəxs bıçaqla müqavimət göstəribBu gün, 09:17Bakıda tıxac olan yollar - SİYAHIBu gün, 09:09Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14
Bütün xəbərlər