İlin ən populyar qurğuları məlum olub – BEŞLİK | 1news.az | Xəbərlər
İqtisadiyyat

İlin ən populyar qurğuları məlum olub – BEŞLİK

15:20 - 19 / 12 / 2017
İlin ən populyar qurğuları məlum olub – BEŞLİK

“Google” şirkəti axtarış sistemi istifadəçilərinin 2017-ci ildə ən populyar sorğularını dərc etməkdə davam edir. Növbəti ilk beşillikdə dünyanın ən populyar qurğuları yer alıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, birinci yeri “Apple” şirkətinin yeni “iPhone 8” qurğusu tutub. Əvvəlki qabaqcıl “iPhone 7” modelini əvəzləyən smartfon dünyada ən çox satılan qurğu olub.

Reytinqdə ikinci pillədə daha bir “Apple” qurğusu qərarlaşıb. “iPhone X” dünyada diqqəti təkcə funksiya, innovasiya və onu əldə etmək istəyənlərin sayına görə deyil, eyni zamanda, istismar müddətində aşkarlanan boşluq və səhvlərə görə də cəlb edib.

Üçüncü mövqedə “Nintendo Switch” hibrid oyun qurğusu yer alıb. İstifadə zamanı əsas blok birləşdirici stansiyaya yerləşdirilərək televizora qoşulur.

Populyarlığına görə dördüncü yeri “Apple” şirkətinin əsas rəqibi “Samsung S8” smartfonu tutub. İlin əvvəlində “Samsung S7” və onun “Edge” versiyasının uğursuzluğundan sonra buraxılan yeni qurğu dərhal başa çatmaqda olan ilin ən populyar smartfonlarından birinə çevrilib.

Beşinci yerdə isə “Xbox One X” oyun konsolu qərarlaşıb.

1news.az

Paylaş:
539

Son xəbərlər

Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21
Bütün xəbərlər