Sabirabadın 18 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sabirabadın 18 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb

18:32 - 19 / 12 / 2017
Sabirabadın 18 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı Sabirabad rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, layihə çərçivəsində rayonun 18 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

Yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə Sabirabad rayonunun Qaralar kəndində açılış mərasimi keçirilib. Açılış mərasimində Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov regionlarda həyata keçirilən kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, Aran bölgəsində yerləşən Sabirabad rayonunda içməli su təchizatı həmişə aktual olub. Son illər həyata keçirilən layihələr çərçivəsində rayon mərkəzi ilə yanaşı, bəzi kəndlərə də keyfiyyətli  suyun verilməsi  təmin edilib.

“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində 47 şəhər və rayon mərkəzində, həmçinin 300-dən çox kənddə içməli su layihələrinin icra olunduğunu diqqətə çatdırıb. K.Həsənov bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 170 kənddə içməli su təchizatı infrastrukturu yaradılmış və kəndlərin böyük əksəriyyətinə içməli suyun verilməsi təmin edilmişdir:

“Sabirabad rayonunda həyata keçirilən layihə qısa müddətdə icra olunmuşdur. 2014-cü ildə Kür sutəmizləyici qurğularından Sabirabad şəhərinə yeni magistral su kəmərinin çəkilməsi kəmərin marşrutu boyu yerləşən kəndlərin su təchizatı üçün  əlverişli imkan yaratmışdır. Layihənin icrası nəticəsində kənd sakinləri yüksək keyfiyyətli içməli su ilə təmin olunurlar”.  

Qeyd edək ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Sabirabad rayonunda icra olunan layihələr Əsədli, Məmişlər, Qaralar, Qəfərli, Qaraqaşlı, Balakənd, Qalağayın, Axısxa, Kovlar, Yenikənd, Qəzəli, Balvar, Həsənli, Cavad, Qaralı, Kürkənd, Suqovuşan və Surra kəndlərini  əhatə edib.

Kəndləri içməli su ilə təmin etmək üçün su mənbəyi Kür sutəmizləyici qurğuları-Sabirabad-Saatlı magistral su kəməri seçilib. Magistral kəmərdən yaşayış məntəqələrinə çıxışlar verilib və müxtəlif diametrli polietilen borularla ümumi uzunluğu 63 km olan su xətləri çəkilib. Həmin kəndlərdə ümumi istifadə üçün 163 ədəd bulaq quraşdırılıb. Yeni su təchizatı layihələrindən Sabirabad rayonunun 18 kəndinin 40 minədək sakini faydalanacaq.

Xatırladaq ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılıb. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 271 min nəfər içməli su ilə təmin olunub.

1news.az

Paylaş:
572

Son xəbərlər

NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11
Bütün xəbərlər