“Moody’s” iki Azərbaycan bankının reytinqini endirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Moody’s” iki Azərbaycan bankının reytinqini endirib

22:30 - 19 / 12 / 2017
“Moody’s” iki Azərbaycan bankının reytinqini endirib

“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi iki Azərbaycan bankının kreditləşməsinin baza qiymətləndirilməsi və uzunmüddətli depozit reytinqini endirib.

1news.az APA-ya istinadən xəbər verir ki, “Moody’s” “Bank Respublika”nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini “B3” səviyyəsindən “Caa1” səviyyəsinədək, “Bank of Baku”nun analoji reytinqini isə “Caa1” səviyyəsindən “Caa3” səviyyəsinədək salıb.

“Bank Respublika”nın kreditləşməsinin baza qiymətləndirilməsi “b3” səviyyəsindən “caa1” səviyyəsinədək endirildiyi halda, “Bank of Baku”nun “caa1” səviyyəsində olan bu göstəricisi “caa3” səviyyəsinədək geriləyib.

Hər iki bankın reytinqi üzrə proqnoz neqativ olaraq qalıb.

“Moody’s” qeyd edir ki, cari ilin yanvar-noyabr ayları ərzində “Bank of Baku”nun xalis zərəri 35,2 mln. manata çatıb ki, bu da məcmu kapitalın kəskin azalaraq dekabrın 1-nə 24,8 mln. manata çatmasına səbəb olub. Başqa sözlə, bankın məcmu kapitalı minimal normativ tələbdən (50 mln. manat) azdır.

Bankın I dərəcəli kapitalı və kapitalın adekvatlıq əmsalı 3,8% (minimal tələb 5%) və 7,3%-dək (10%) azalıb.

“Moody’s” xatırladır ki, cari ilin iyun ayında bankın səhmdarları 91 mln. manat səviyyəsində əlavə kapitallaşma ilə bağlı qərar qəbul ediblər, lakin kapitallaşma hələ də baş tutmayıb.

Agentlik hesab edir ki, hələ bir neçə rüb “Bank of Baku” zərərlə işləməyə davam edəcək.

Səhmdarlar əlavə kapital qoyuluşunu həyata keçirərsə, “Moody’s” bankın reytinqlərini yüksəldə, reytinq üzrə proqnozu isə stabilləşdirə bilər.

Agentlik vurğulayır ki, “Bank Respublika” da zərərlə üzləşib, bu isə öz növbəsində kapitala neqativ təsir edib. Dekabrın 1-nə bankın məcmu kapitalı 39,8 mln. manata enib. “Hazırda bankın səhmdarları 10 mln. manatlıq əlavə səhm emissiyasının baş tutumasını müzakirə edir. Əgər buna dair razılıq əldə olunarsa, planlar növbəti ilin əvvəlində reallaşdırıla bilər”, - deyə məlumatda vurğulanıb.

“Moody’s” qeyd edir ki, cari ilin 11 ayı ərzində bankın kredit portfeli 17% azalıb.

1news.az

Paylaş:
582

Son xəbərlər

NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11
Bütün xəbərlər