Prezidentin köməkçisi: "Kənd təsərrüfatı digər sahələrə rəqabətdə uduzur" | 1news.az | Xəbərlər
İqtisadiyyat

Prezidentin köməkçisi: "Kənd təsərrüfatı digər sahələrə rəqabətdə uduzur"

14:02 - 20 / 12 / 2017
Prezidentin köməkçisi: "Kənd təsərrüfatı digər sahələrə rəqabətdə uduzur"

“Kənd təsərrüfatı iqtisadiyyatın davamlı və çox mühüm şərtlərindən biridir. Nəzərə almalıyıq ki, kənd təsərrüfatı sinerji effekti verən bir sahədir. Başqa sözlə, kənd təsərrüfatı inkişaf etdikcə sənayenin digər sahələrinin də inkişafına şərait yaradır”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycan prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Azər Əmiraslanov bildirib.

Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi də məhz kənd təsərrüfatının inkişafından asılıdır: “Bildiyimiz kimi, ərzaq təhlükəsizliyi az qala milli təhlükəsizlik, iqtisadi təhlükəsizlik səviyyəsində olan bir məsələdir. Nəzərə almalıyıq ki, əhalimizin yarısı kəndlərdə yaşayır. Bu isə həm də o deməkdir ki, kənd təsərrüfatı sosial sabitliyin, kəndlərdə həyat səviyyəsinin yüksəldilməsinin əsas şərtidir”.

Prezidentin köməkçisi deyib ki, məşğul əhalinin təxminən 38%-i məhz kənd təsərrüfatında cəmləşib.

“BMT-nin hesablamalarına əsasən, kənd təsərrüfatı sahəsi yoxsulluğun aradan qaldırılması baxımından çox mühüm yer tutur. Belə ki, digər sahələrlə müqayisədə kənd təsərrüfatının təsir effekti 4 dəfə güclüdür. Beləliklə, kənd təsərrüfatı həm də sosial missiyanı yerinə yetirir. Bu gün kənd təsərrüfatında bizim çox böyük ehtiyatlarımız var”, - deyə A.Əmiraslanov vurğulayıb.

Onun sözlərinə görə, digər sahələrlə müqayisədə kənd təsərrüfatı sektoru investisiya cəlbi baxımından daha cəlbedicidir: “Bu isə onunla əlaqədardır ki, digər sahələrdə tələbat azaldığı halda istehsal azalırsa, kənd təsərrüfatı mallarına tələbat azalmır. Bu isə kənd təsərrüfatı sektorunun digər sahələrlə müqayisədə üstünlüyüdür”.

Prezidentin köməkçisi əlavə edib ki, kənd təsərrüfatı riskli sahə olduğu üçün dövlət bu sahəyə hər zaman dəstək verir. “Bu sahə ilə bağlı sığorta sisteminin qurulması xüsusilə aktualdır. Kənd təsərrüfatı iki mühüm sütun üzərində inkişaf edir: heyvandarlıq və bitkiçilik. Bu sahələrin bir-biri ilə düzgün uzlaşdırılması effektivliyin, səmərəliliyin artmasına səbəb olur. Heç bir halda heç bir sahəni digər sahəyə qurban vermək olmaz, hər iki sahənin maraqları qorunmalıdır. Bu məqam bizim dövlət siyasətimizdə daim nəzərə alınır. Kənd təsərrüfatı üçün əsas istehsal vasitəsi torpaqdır.

Bu gün torpaqdan düzgün istifadə olunması bizim dövlət siyasətimizin prioritet siyasətlərindən biridir. Əgər biz müqayisə aparsaq, kənd təsərrüfatı digər sahələrlə müqayisədə sahələrarası rəqabətdə uduzur. Burada gəlirlilik səviyyəsi xeyli aşağı olduğundan dövlət davamlı olaraq öz dəstəyini verir. Biz kənd təsərrüfatı sahəsini inkişaf etdirməklə yanaşı, sözsüz ki, düzgün, əsaslandırılmış prinsipləri əldə rəhbər tutmalıyıq. Hesab edirik ki, yeni yaradılmış qurumlar öz fəaliyyətini bu prinsiplər əsasında quracaqlar. Bu prinsiplər bizi uğura aparan əsas amildir”,  - deyə o bildirib.

1news.az

Paylaş:
1072

Son xəbərlər

Kürdəmirdə ağır yol qəzası olub, ölən var30 / 11 / 2024, 18:07Ötən gün 49 cinayətin üstü açılıb - DİN30 / 11 / 2024, 17:36Sabirabad sakinləri elektrik dirəyindən yıxılıb, biri ölüb, digəri ağır yaralanıb30 / 11 / 2024, 17:04FHN silsilə maarifləndirmə tədbirləri keçirib30 / 11 / 2024, 16:41Təqibdən yayınmaq istəyən narkokuryer avtomobilini yandırdı30 / 11 / 2024, 16:09Bakıda 62 yaşlı qadın mağazadan qızıl oğurlamaqda şübhəli bilinir30 / 11 / 2024, 15:39Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib30 / 11 / 2024, 15:08Bakıda avtomobil yanıb30 / 11 / 2024, 14:45Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölüb30 / 11 / 2024, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olub30 / 11 / 2024, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilib30 / 11 / 2024, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQ30 / 11 / 2024, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıb30 / 11 / 2024, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşüb30 / 11 / 2024, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZU30 / 11 / 2024, 12:34Azərbaycan nefti bahalaşıb30 / 11 / 2024, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTO30 / 11 / 2024, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıb30 / 11 / 2024, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj verib30 / 11 / 2024, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıb30 / 11 / 2024, 10:57
Bütün xəbərlər