“Nobel Oil Services” Amerikanın Azərbaycandakı Ticarət Palatasının İnsan Resursları Komitəsinin iclasına ev sahibliyi edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Nobel Oil Services” Amerikanın Azərbaycandakı Ticarət Palatasının İnsan Resursları Komitəsinin iclasına ev sahibliyi edib - FOTO

15:00 - 20 / 12 / 2017
“Nobel Oil Services” Amerikanın Azərbaycandakı Ticarət Palatasının İnsan Resursları Komitəsinin iclasına ev sahibliyi edib - FOTO

Nobel Oil Services şirkəti Amerikanın Azərbaycandakı Ticarət Palatasının (AmCham) İnsan Resursları Komitəsinin iclasına ev sahibliyi edərək əməyin təzminatı və güzəştlər proqramı sahəsində aparılan işlər barədə üzv şirkətlər üçün təqdimat keçirib.

BP şirkətinin vitse-prezidenti və İnsan Resursları Komitəsinin sədri Leyla Novruzova qonaqları salamlayaraq ilin son tədbirini açıq elan edib.

EY Azərbaycan şirkətinin ölkə üzrə İdarəedici Partnyoru və Amerikanın Azərbaycandakı Ticarət Palatasının İdarə Heyətinin üzvü İlqar Vəliyev komitənin fəaliyyətinə verdikləri töhfəyə görə Komitənin üzvlərinə təşəkkürünü bildirib.

Nobel Oil şirkətinin Qrup üzrə İnsan Resursları departamentinin meneceri Ellada Alışova tədbir iştirakçılarına şirkətin tarixi və inkişafı, fəaliyyətinin əhəmiyyətli mərhələləri, həyata keçirilib və hazırda icra edilən iri layihələr, həmçinin, şirkətin törəmə müəssisələri və ortaq şirkətləri barədə məlumat təqdim edib.

Görüş zamanı Nobel Oil şirkətinin İnsan Resursları üzrə koordinatoru Cəfər Yusifov şirkətin biznes ehtiyacları ilə uzlaşdırılıb və peşəkar inkişafı təmin etmək məqsədi ilə yaradılan vəzifə dərəcələnməsi və işin qiymətləndirilməsi sisteminin tətbiqi sahəsində şirkətin təcrübəsi barədə ətraflı məlumat təqdim edib. Vəzifə dərəcələnməsi sistemi istedadların cəlb olunması və mükafat proqramını effektiv qaydada dəstəkləyərək işçilərin fəaliyyətinin qiymətləndirilməsi prosesi ilə əlaqələndirilir. Həmin prosesin həyata keçirilməsi həm Nobel Oil şirkətini, həm də törəmə şirkətləri əhatə edən SAP ERP sistemi vasitəsilə idarə olunur ki, bu da bütün şirkətlərdə ümumi əlaqələndirmə üçün vahid vasitə yaradır. Vəzifə dərəcələnməsi sisteminin tətbiqi daha funksional təşkilati strukturun və ədalətli ödəniş sisteminin formalaşdırılmasına töhfə verməklə yanaşı, həm də biznes əməliyyatlarının ehtiyaclarını qarşılamağa kömək edir.

Nobel Oil Services şirkəti əldə etdiyi nəticələri iclas iştirakçılarına təqdim edərək həmçinin oxşar layihələr həyata keçirməyi planlaşdıran şirkətlərin nümayəndələri ilə real təcrübəyə əsaslanan praktiki məsləhətlərlə bölüşüb.

Nobel Oil Services şirkəti qarşılıqlı maraq kəsb edən mövzular üzrə digər məruzəçilərə təşəkkürünü bildirib.

Tədbirdə SOCAR, BP, Total, Wood, McDermott, AA Services, Deloitte & Touche, EY, KPMG, PwC, ADA Universiteti və digər şirkətlərin nümayəndələri iştirak ediblər.

Reklam hüququnda

Paylaş:
882

Son xəbərlər

Axtarışda olan şübhəli şəxs bıçaqla müqavimət göstəribBu gün, 09:17Bakıda tıxac olan yollar - SİYAHIBu gün, 09:09Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14
Bütün xəbərlər