Dövlət Statistika Komitəsi zona müşavirələrinə start verib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Statistika Komitəsi zona müşavirələrinə start verib

18:48 - 20 / 12 / 2017
Dövlət Statistika Komitəsi zona müşavirələrinə start verib

Dekabrın 20-də paytaxt Bakıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin təşkilatçılığı ilə şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı təlimat xarakterli zona müşavirəsi keçirilib.

Dövlət Statistika Komitəsindən 1news.az-a verilən məlumata görə, Suraxanı Rayon İcra Hakimiyyətində baş tutan müşavirədə paytaxtın 12 rayonunun, Sumqayıt şəhəri, Abşeron, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz, Qobustan, Qubadlı, Zəngilan, Cəbrayıl və Şuşa rayonlarının icra hakimiyyəti başçılarının aidiyyəti müavinləri, şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələr, yerli statistika orqanlarının rəhbərləri və uçot sənədlərinin aparılmasına məsul olan şəxslər iştirak edib.

Müşavirədə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, Prezident İlham Əliyevin ölkə üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Komitə tərəfindən ardıcıl islahatlar həyata keçirilir. Qeyd edib ki, şəhər, qəsəbə və sahə inzibati ərazi dairələrində 2013-cü ildən tətbiq edilən təsərrüfatbaşına uçot sənədlərinin işlənməsi müddəti başa çatdığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 oktyabr tarixli 423 nömrəli qərarına əsasən yeni təsərrüfatbaşına uçot sənədləri hazırlanıb.

Təkmilləşdirilmiş nümunələr Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alındıqdan sonra çap etdirilərək respublikanın şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə çatdırılıb.

Komitə sədri onu da deyib ki, 2018-ci ilin yanvar ayından tətbiq ediləcək yeni təsərrüfatbaşına uçot sənədlərinin məlumatlarından əhalinin növbəti siyahıyaalınmasına hazırlıq üçün də istifadə olunacaq. Dövlət Statistika Komitəsi tərəfindən təsərrüfatbaşına uçot sənədləri ilə bağlı növbəti mərhələdə isə bir sıra mühüm tədbirlər həyata keçiriləcək. Bu tədbirlərə uçot sənədlərinin elektronlaşdırılması, hər bir təsərrüfat üzrə məlumat bazasının yaradılması, sənədlərdə baş verən düzəlişlərin elektron qeydiyyatının və avtomatik rejimdə regionlararası müqayisələrin aparılması daxildir.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri Tağı Tağıyev və Orxan Bayramov çıxış edərək ərazi üzrə mühüm informasiya mənbəyi olan təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin vəzifələrini diqqətə çatdırıblar.

Suraxanı Rayon İcra Hakimiyyətinin başcısı İlqar Abbasov isə rayonun sosial,  iqtisadi göstəriciləri, görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Sonra Dövlət Statistika Komitəsinin Sosial statistika şöbəsinin müdiri Elçin Hacı şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tərtibi qaydalarını slaydlar vasitəsi ilə tədbir iştirakçılarına təqdim edib. İştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Onuda qeyd edək ki, təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirələri 21-26 dekabr tarixlərində Şəki, Lənkəran, Gəncə şəhərlərində və  Kürdəmir rayonunda keçirilməklə bütün regionları əhatə edəcək.

1news.az

Paylaş:
812

Son xəbərlər

Kürdəmirdə ağır yol qəzası olub, ölən var30 / 11 / 2024, 18:07Ötən gün 49 cinayətin üstü açılıb - DİN30 / 11 / 2024, 17:36Sabirabad sakinləri elektrik dirəyindən yıxılıb, biri ölüb, digəri ağır yaralanıb30 / 11 / 2024, 17:04FHN silsilə maarifləndirmə tədbirləri keçirib30 / 11 / 2024, 16:41Təqibdən yayınmaq istəyən narkokuryer avtomobilini yandırdı30 / 11 / 2024, 16:09Bakıda 62 yaşlı qadın mağazadan qızıl oğurlamaqda şübhəli bilinir30 / 11 / 2024, 15:39Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib30 / 11 / 2024, 15:08Bakıda avtomobil yanıb30 / 11 / 2024, 14:45Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölüb30 / 11 / 2024, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olub30 / 11 / 2024, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilib30 / 11 / 2024, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQ30 / 11 / 2024, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıb30 / 11 / 2024, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşüb30 / 11 / 2024, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZU30 / 11 / 2024, 12:34Azərbaycan nefti bahalaşıb30 / 11 / 2024, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTO30 / 11 / 2024, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıb30 / 11 / 2024, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj verib30 / 11 / 2024, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıb30 / 11 / 2024, 10:57
Bütün xəbərlər