Bank Respublika kapitalını 10 milyon manatadək artırır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank Respublika kapitalını 10 milyon manatadək artırır

10:00 - 20 / 12 / 2017
Bank Respublika kapitalını 10 milyon manatadək artırır

Moody’s agentliyi Bank Respublikanın kontragent riskləri üzrə reytinqini B3 səviyyəsində təsdiqləyib.

Eyni zamanda, ehtimal edilən kredit risklərini qarşılamaq məqsədilə ehtiyatların yaradılması istiqamətində bankın aktiv siyasəti kapitalın azalması səbəbinə əsaslanaraq, agentlik digər reytinqlərə də dəyişiklik edib. Bankın kredit qiymətləndirmə reytinqi B3-dən Caa1 səviyyəsinə endirilib.

Bank Respublika-dan verilən məlumata əsasən, bankın davamlı inkişafını təmin etmək məqsədilə səhmdarlar nizamnamə kapitalının 10 mln. manat məbləğində növbəti artım haqqında razılığa gəliblər. Bu artım bankın gəlirliyinin artması ilə yanaşı reytinqin artımı istiqamətində yenidən baxılması üçün əsas yaradır. Bankdan onu da qeyd ediblər ki, agentliyin analitikləri maliyyə təşkilatlarının əsas dayanıqlıq parametrlərindən biri olan likvidlik parametrinin güclü olmasını vurğulayıb.

Xatirladaq ki, Bank Respublika 2016-cı ilin sentyabrında kapitalını 20 mln. manat məbləğində artırıb və hal-hazırda bankın nizamnamə kapitalı 57.5 mln. təşkil edir.

“Bank Respublika” ASC 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlayıb və 25 ildir ki, “Sizə Faydalı” şüarına sadiq qalaraq, effektiv maliyyə xidmətləri göstərir.

Bankın səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu təmsil olunur – KfW (Almaniyanın Dövlət Bankı) bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.

Reklam hüququnda

 

Paylaş:
589

Son xəbərlər

Kürdəmirdə ağır yol qəzası olub, ölən var30 / 11 / 2024, 18:07Ötən gün 49 cinayətin üstü açılıb - DİN30 / 11 / 2024, 17:36Sabirabad sakinləri elektrik dirəyindən yıxılıb, biri ölüb, digəri ağır yaralanıb30 / 11 / 2024, 17:04FHN silsilə maarifləndirmə tədbirləri keçirib30 / 11 / 2024, 16:41Təqibdən yayınmaq istəyən narkokuryer avtomobilini yandırdı30 / 11 / 2024, 16:09Bakıda 62 yaşlı qadın mağazadan qızıl oğurlamaqda şübhəli bilinir30 / 11 / 2024, 15:39Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib30 / 11 / 2024, 15:08Bakıda avtomobil yanıb30 / 11 / 2024, 14:45Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölüb30 / 11 / 2024, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olub30 / 11 / 2024, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilib30 / 11 / 2024, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQ30 / 11 / 2024, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıb30 / 11 / 2024, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşüb30 / 11 / 2024, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZU30 / 11 / 2024, 12:34Azərbaycan nefti bahalaşıb30 / 11 / 2024, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTO30 / 11 / 2024, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıb30 / 11 / 2024, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj verib30 / 11 / 2024, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıb30 / 11 / 2024, 10:57
Bütün xəbərlər