Külli miqdarda pirotexniki vasitə qanunsuz dövriyyədən çıxarılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Külli miqdarda pirotexniki vasitə qanunsuz dövriyyədən çıxarılıb - FOTO

21:58 - 20 / 12 / 2017
Külli miqdarda pirotexniki vasitə qanunsuz dövriyyədən çıxarılıb - FOTO

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən külli miqdarda pirotexniki malları dövriyyədən çıxarıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin əməkdaşları Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” və “Binə” ticarət mərkəzlərində əməliyyat tədbirləri keçiriblər.

Nəticədə, ticarət mərkəzlərinin ərazisində 82.000 ədəddən çox pirotexniki vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
726

Son xəbərlər

Bütün xəbərlər