Dünya birjalarında neftin qiyməti
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar artaraq 63,90 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,19 dollar bahalaşaraq 57,75 dollar təşkil edib.
Azərbaycan neftinə gəlincə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,36 dollar ucuzlaşaraq 65,76 dollar olub.
1news.az
286