İlham Əliyev Xalq rəssamına “Heydər Əliyev” ordenini təqdim edib – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Xalq rəssamına “Heydər Əliyev” ordenini təqdim edib – FOTO – YENİLƏNİB

11:54 - 20 / 12 / 2017
İlham Əliyev Xalq rəssamına “Heydər Əliyev” ordenini təqdim edib – FOTO – YENİLƏNİB

Prezidenti İlham Əliyev dekabrın 20-də Xalq Rəssamı, heykəltəraş Ömər Eldarova “Heydər Əliyev” ordenini təqdim edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Prezident İlham Əliyev Xalq Rəssamı, heykəltəraş Ömər Eldarovu qarşıdan gələn yubileyi münasibətilə təbrik etdi, ona yeni yaradıcılıq uğurları arzuladı. Ömər Eldarovun sənətinin artıq neçə onilliklərdir hamımızı sevindirdiyini deyən dövlətimizin başçısı onun yaratdığı əsərlərin xalqımızın maddi-mədəniyyət nümunəsinə çevrildiyini bildirdi.

Prezident İlham Əliyev qeyd etdi ki, Ömər Eldarovun yaratdığı əsərlər ölkəmizdə, həmçinin bir çox keçmiş sovet respublikalarında məşhurdur. Ulu öndər Heydər Əliyevin Ömər Eldarovun sənətini hər zaman yüksək qiymətləndirdiyini deyən dövlətimizin başçısı onun yaratdığı əsərlərin yüksək mədəniyyət nümunəsi olduğunu vurğuladı. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli alim, akademik Zərifə Əliyevanın, həmçinin Azərbaycan mədəniyyətinin bir sıra məşhur simalarının – Məhəmməd Füzulinin, Natəvanın, Hüseyn Cavidin, Üzeyir Hacıbəylinin, Niyazinin və digərlərinin abidələrinin müəllifi olan Ömər Eldarovun ölkəmizin hüdudlarından uzaqlarda da tanındığını, onun yaratdığı abidələrin xarici ölkələrdə də ucaldıldığını məmnunluqla qeyd etdi.

Ömər Eldarovun Rəssamlıq Akademiyasının rektoru kimi də fəaliyyətini yüksək qiymətləndirildiyini deyən Prezident İlham Əliyev gənc kadrların hazırlanmasında onun böyük rol oynadığını qeyd etdi. Dövlətimizin başçısı Ömər Eldarovun Vətəninə və xalqına ləyaqətlə xidmət etdiyini, dərin istedada malik şəxsiyyətinin böyük maraq doğurduğunu vurğuladı.

Prezident İlham Əliyev Ömər Eldarovu fəaliyyətinin və xidmətlərinin dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirildiyini, 1997-ci ildə xalqımızın Ümummilli Lideri tərəfindən “İstiqlal” ordeni ilə, 2009-cu ildə Heydər Əliyev mükafatı ilə, 2012-ci ildə “Şərəf” ordeni ilə təltif olunduğunu dedi, indi isə Azərbaycanın ən yüksək mükafatına – “Heydər Əliyev” ordeninə layiq görüldüyünü bildirdi, ona fəaliyyətində yeni uğurlar arzuladı və mükafatı Ömər Eldarova təqdim etdi.

Xalq Rəssamı, heykəltəraş Ömər Eldarov onun fəaliyyətini yüksək qiymətləndirdiyinə və “Heydər Əliyev” ordeni ilə təltif etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi və bundan qürur duyduğunu dedi. Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini dərin ehtiramla yad edən Ömər Eldarov Ümummilli Liderin bir çox abidələrinin müəllifi olmaqdan şərəf hissi duyduğunu vurğuladı və qeyd etdi ki, bundan sonra da xalqımıza və Vətənimizə öz yaradıcılığı ilə xidmət göstərməkdə davam edəcək.

S.Xankişiyeva

 

Paylaş:
750

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər