İlham Əliyev Türkiyənin Diyanət İşləri Başqanını qəbul edib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Diyanət İşləri başqanı Əli Ərbaş ilə görüşüb.
1news.az xəbər verir ki, dövlət başçısı Əli Ərbaşı Türkiyə Diyanət İşləri başqanı təyin olunması münasibətilə təbrik edib və Türkiyənin konfransda yüksək səviyyədə təmsil olunmasının önəmini vurğulayıb.
Dövlət başçısı bu yaxınlarda İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım ilə görüşlərini məmnunluqla xatırlayıb. Bu il Türkiyəyə üç dəfə səfər etdiyini vurğulayan Prezident İlham Əliyev bunu dostluq və qardaşlıq münasibətlərimizin göstəricisi kimi dəyərləndirib.
ƏƏrbaş isə Bakıya səfəri zamanı ölkəmizin sürətli inkişafının şahidi olduğunu məmnunluqla qeyd edib.
Söhbət zamanı Bakıda keçirilən “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın əhəmiyyəti qeyd olunub, bu tədbirin ölkələrimiz, xalqlarımız və dinlər arasında yaxınlaşmaya kömək etdiyi vurğulanıb.
1news.az
13:59
Prezident İlham Əliyev dekabrın 21-də Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Ali Erbaşı qəbul edib.
1news.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat veriblər.