Prezident Səudiyyə Ərəbistanının İslam işləri, dəvət və irşad nazirinin müavinini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Səudiyyə Ərəbistanının İslam işləri, dəvət və irşad nazirinin müavinini qəbul edib

14:36 - 21 / 12 / 2017
Prezident Səudiyyə Ərəbistanının İslam işləri, dəvət və irşad nazirinin müavinini qəbul edib

Dekabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının İslam işləri, dəvət və irşad nazirinin birinci müavini Tofiq Əl-Sudeyrini qəbul edib.

1news.az  xəbər verir ki, Tofiq Əl-Sudeyri “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın təşkilinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Tofiq Əl-Sudeyri 1998-ci ildə Azərbaycana səfəri zamanı ümummilli lider Heydər Əliyev ilə görüşünü dərin ehtiramla xatırladı. Qeyd etdi ki, həmin vaxtdan etibarən ölkələrimiz arasındakı əlaqələr sürətlə inkişaf edib. Həm Səudiyyə Ərəbistanı Kralı, həm də Səudiyyə xalqı Azərbaycan Prezidentinə, Hökumətinə və xalqına böyük məhəbbət və dostluq hissləri bəsləyir.

Ölkəmizə ilk səfərindən ötən iyirmi ildə Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyini məmnunluqla qeyd edən qonaq dedi ki, bu, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkənin gələcəyi və xalqın rifahı naminə həyata keçirilən siyasətin nəticəsində mümkün olub.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Bakıda keçirilən “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda Səudiyyə Ərəbistanının yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu bildirdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək Səudiyyə Ərəbistanına rəsmi səfərini məmnunluqla xatırladı.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan torpaqlarını işğal edən, müsəlman abidələrini və məscidlərimizi dağıdan Ermənistanla Səudiyyə Ərəbistanının hər hansı əlaqəni qurmaması Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirilir.

1news.az  

 

Paylaş:
748

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər