“İnterfax-Azərbaycan” İA-nın rəhbəri vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

“İnterfax-Azərbaycan” İA-nın rəhbəri vəfat edib

15:08 - 21 / 12 / 2017
“İnterfax-Azərbaycan” İA-nın rəhbəri vəfat edib

Bu gün səhər Moskvada “İnterfax-Azərbaycan” informasiya agentliyinin rəhbəri Aleksandr İvanov beyninə qan sızmasından dünyasını dəyişib.

1news.az xəbər verir ki, mərhum 67 yaşında vəfat edib.

A.İvanov 12 iyul 1950-ci ildə Bakı şəhərində anadan olub. Uzun illər SSRİ Dövlət Təhlükəsizlik Komitəsində işləyib. Ümummilli lider Heydər Əliyevin şəxsi mühafizəsinə rəhbərlik edib.

2005-ci ilin avqust ayında "İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş direktoru təyin olub.

1news.az

 

Paylaş:
944

Son xəbərlər

Bütün xəbərlər