Astarada top və minaatan mərmisi tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Astarada top və minaatan mərmisi tapılıb

18:09 - 21 / 12 / 2017
Astarada top və minaatan mərmisi tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Astara rayonunda keçirdiyi əməliyyatla bağlı məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, dekabrın 20-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Astara rayonu, Ərçivan kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin kənddə keçmiş hərbi hissə ərazisinə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) və 1 ədəd 120 mm-lik minaatan mərmisi (U-OF-43)) aşkar edilib.

Havanın qaranlıq olması ilə əlaqədar olaraq aşkar olunmuş mərmilər 21 dekabr 2017-ci il tarixində  zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.                                           

Aşkar olunmuş mərmilərin ətrafında 1 200 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

1news.az

 

 

Paylaş:
735

Son xəbərlər

Bütün xəbərlər