Ciddədə Ekspo 2025 Bakının təqdimat mərasimi keçirilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ciddədə Ekspo 2025 Bakının təqdimat mərasimi keçirilib – FOTO

17:18 - 22 / 12 / 2017
Ciddədə Ekspo 2025 Bakının təqdimat mərasimi keçirilib – FOTO

 Dekabrın 21-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən İslam Əməkdaşlığı Təşkilatının (İƏT)  mənzil qərargahında  Bakı şəhərinin Ekspo 2025 Ümumdünya Sərgisinə (World Expo 2025) namizədliyi ilə bağlı təqdimat keçirilib.

Ekspo 2025 Bakı Əməliyyat katibliyindən 1news.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov, Ciddə şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, İƏT yanında daimi nümayəndəliklər, İƏT katibliyinin yüksək rütbəli rəsmiləri və digər qonaqlar iştirak edib.

Mərasimi giriş nitqi ilə açan Azərbaycanın Səudiyyə Ərəbistanı  Krallığındakı səfiri və İƏT yanında daimi nümayəndəsi Rasim Rzayev Azərbaycan və İƏT arasında  inkişaf etməkdə olan sıx münasibətlər barədə danışıb. Səfir Rasim Rzayev çıxışı zamanı ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsini xüsusi vurğulayıb və bununla bağlı keçirilən tədbirlər haqqında bəhs edib.

Əsas təqdimatla çıxış edən  Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov Bakı şəhərinin Ekspo 2025 Ümumdünya ev sərgisinə namizədliyi,  bu istiqamətdə görülmüş və həyata keçiriləcək işlər barədə məlumat verib. Nümayəndə heyətinin rəhbəri bildirib ki, Bakının 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün namizədliyinin irəli sürülməsi 2017-ci ilin May ayında  Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Beynəlxalq Sərgilər Bürosuna (BSB) müvafiq məktubun göndərilməsi ilə başlayıb.

Elçin Əmirbəyov Ekspo 2025 Ümumdünya sərgisi ilə bağlı qısa müddət bundan öncə Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun sədrliyil ilə İşçi Qrupu, Bakida və Parisdə Əməliyyat katibliklərinin yaradıldığını diqqətə çatdırıb. O çıxışı zamanı Azərbaycanın Ekspo 2025 üçün təklif etdiyi İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunun bəşəriyyət üçün aktual olduğunu və beynəlxalq inkişaf gündəliyinə, xüsusilə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdığını vurğulayıb. Onun sözlərinə görə, Ekspo 2025 Bakı sərgisi beynəlxalq inkişaf gündəliyində duran qlobal məsələlərinin müzakirəsi üçün universal platforma rolunu oynayacaqdır.

Xüsusi vurğulanıb ki, Ekspo 2025 sərgisinin Bakıda təşkili ilə bu beynəlxalq tədbirin keçirildiyi ənənəvi çoğrafiya genişlənə bilər.

Azərbaycanın Ekspo 2025 Ümumdünya Sərgisinə ev sahibliyi etmək niyyəti ölkəmizin milli inkişaf strategiyasından irəli gəlir. Ekspo Sərgisinə ev sahibliyi etməsi ilə Azərbaycan öz iqtisadiyyatının,  təhsil, səhiyyə və iş sektoruna yatırılan sərmayələr nəticəsində insan kapitalının daha da gücləndirilməsinə nail olacaq. Ekspo 2025 Ümumdünya sərgisi son illər turistlərin böyük maraq göstərdiyi Azərbaycanda turizmin inkişafına da müsbət təsir göstərəcəkdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi İƏT üzv-ölkələrinin nümayəndələrinə müraciət edərək, Azərbaycanın Ekspo 2025 layihəsinə dəstək göstərilməsinə yardımçı olmağa çağırıb.

Səfər çərçivəsində E.Əmirbəyov İƏT-nın baş katibinin müavini Həmid Opeleyori ilə də görüşüb Baki Ekspo 2025 layihəsi ətrafında fikir mübadiləsi aparıb.

1news.az

Paylaş:
1206

Son xəbərlər

Kürdəmirdə ağır yol qəzası olub, ölən var30 / 11 / 2024, 18:07Ötən gün 49 cinayətin üstü açılıb - DİN30 / 11 / 2024, 17:36Sabirabad sakinləri elektrik dirəyindən yıxılıb, biri ölüb, digəri ağır yaralanıb30 / 11 / 2024, 17:04FHN silsilə maarifləndirmə tədbirləri keçirib30 / 11 / 2024, 16:41Təqibdən yayınmaq istəyən narkokuryer avtomobilini yandırdı30 / 11 / 2024, 16:09Bakıda 62 yaşlı qadın mağazadan qızıl oğurlamaqda şübhəli bilinir30 / 11 / 2024, 15:39Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib30 / 11 / 2024, 15:08Bakıda avtomobil yanıb30 / 11 / 2024, 14:45Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölüb30 / 11 / 2024, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olub30 / 11 / 2024, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilib30 / 11 / 2024, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQ30 / 11 / 2024, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıb30 / 11 / 2024, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşüb30 / 11 / 2024, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZU30 / 11 / 2024, 12:34Azərbaycan nefti bahalaşıb30 / 11 / 2024, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTO30 / 11 / 2024, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıb30 / 11 / 2024, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj verib30 / 11 / 2024, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıb30 / 11 / 2024, 10:57
Bütün xəbərlər