Yeni əl skaneri açıq yarada bakteriyaları görməyə imkan verir | 1news.az | Xəbərlər
Dünya

Yeni əl skaneri açıq yarada bakteriyaları görməyə imkan verir

22:39 - 22 / 12 / 2017
Yeni əl skaneri açıq yarada bakteriyaları görməyə imkan verir

Kanadanın Toronto şəhərində “MolecuLight i:X” adlı qurğunun kliniki sınaqlarının birinci mərhələsi başa çatıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, qurğu adi gözlə görünməyən mikrobları göstərmək üçün nəzərdə tutulub. Belə ki, həkim infeksiyanın bədənin hansı hissəsində olduğunu dəqiq bilərsə, onu daha effektiv müalicə edər.

“MolecuLight i:X” insanın bədənində bakteriyaların yerini müəyyən edən qeyri-invaziv əl skaneridir. Əvvəlcə normal işıqlandırma şəraitində yaranın yüksək keyfiyyətli şəkli çəkilir, sonra işıqlar söndürülür və ultrabənövşəyi şüadan istifadə etməklə həmin şəkil bir daha çəkilir.

Ultrabənövşəyi şüa altında sağlam dəri açıq yaşıl rənglə, bakteriyaların koloniyaları isə qırmızı rənglə işıqlanır. İki şəkli müqayisə etdikdə zərərli mikroorqanizmlərin yeri və ölçülərini yüksək dəqiqliklə müəyyən etmək olar. Beləliklə, sağlam toxumalara dəymədən lazımi dərmanları qəbul etmək mümkün olacaq.

Kliniki sınaqlar göstərib ki, həkim “MolecuLight i:X” skanerindən istifadə etməklə pasiyentin yaralarının sağalmasını 9-10 dəfə sürətləndirə bilər. Çünki qurğu bakteriyaları görməklə yanaşı, bütovlükdə yaranın sağaldılması prosesini izləyir. Texnologiyanın yaxın zamanlarda Kanada xəstəxanalarında istifadə ediləcəyi gözlənilir.

1news.az

Paylaş:
608

Son xəbərlər

Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00
Bütün xəbərlər