Yoşihide Suqa: Sanksiyalar KXDR-i xarici valyutadan məhrum edəcək | 1news.az | Xəbərlər
Dünya

Yoşihide Suqa: Sanksiyalar KXDR-i xarici valyutadan məhrum edəcək

14:50 - 25 / 12 / 2017
Yoşihide Suqa: Sanksiyalar KXDR-i xarici valyutadan məhrum edəcək

Yaponiya hökumətinin qənaətinə görə, Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı beynəlxalq sanksiyaların tam ciddiliyi ilə tətbiqi Pxenyanı xarici valyutadan məhrum edə bilər.

1news.az  xəbər verir ki, bu sözləri Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa dekabrın 25-də keçirilən mətbuat konfransında deyib.

“Əgər bu ay BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sanksiyaları əvvəlki tədbirlərlə birləşdirsək, Şimali Koreyanı ixracdan əldə edilən xarici valyuta gəlirlərindən tam məhrum edə bilərik. Təzyiqləri son həddə qədər artırmaq və bununla Şimali Koreyanı xarici siyasətini dəyişməyə məcbur etmək lazımdır”,- deyə baş katib vurğulayıb.

Y.Suqa sanksiyaların tətbiqi üçün Çin və Rusiya ilə əməkdaşlığın zəruriliyini xüsusi qeyd edib.

Xatırladaq ki, Şimali Koreyanın noyabrın 29-da keçirdiyi növbəti qitələrarası ballistik raket sınağına cavab olaraq BMT Təhlükəsizlik Şurası dekabrın 22-də bu ölkəyə qarşı yeni sanksiyaların daha da kəskinləşdirilməsini özündə əks etdirən yeni qətnaməni yekdilliklə qəbul edib. Sənəddə Pxenyana xam neftin və neftemalı məhsullarının göndərilməsinə yeni məhdudiyyətlər qoyulur və bütün dövlətlərdən bu ölkədən olan işçi miqrantların 24 saat ərzində geri göndərilməsi tələb olunur.

Bundan əlavə, qətnamədə Şimali Koreyaya sənaye avadanlığının, ağır texnikanın və nəqliyyat vasitələrinin göndərilməsi qadağan edilir, həmçinin bu ölkənin əsas ixrac məhsullarından imtina nəzərdə tutulur.

1news.az  

 

Paylaş:
738

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər