İraq Kürdüstanı parlamentinin spikeri istefa verib
İraq Kürdüstanı parlamentinin spikeri Yusif Məhəmməd dekabrın 26-da istefa verdiyini bəyan edib.
1news.az xəbər verir ki, Rudaw telekanalının yaydığı məlumata görə, spiker bu addımı rəhbərlik etdiyi “Qorran” (“Dəyişikliklər”) partiyası region hökumətindən çıxdıqdan bir neçə gün sonra atıb.
Ötən həftə “Qorran” və “İslam qrupu” partiyaları muxtariyyətdə baş verən etiraz aksiyaları fonunda regional hökumətin tərkibindən çıxıb.
Xatırladaq ki, İraq Kürdüstanının müxtəlif rayonlarında əməkhaqqılarının gecikməsi və ağır iqtisadi vəziyyətlə bağlı keçirilən nümayişlər zamanı baş verən ixtisaslar nəticəsində azı 7 nəfər həlak olub, 80 nəfərdən çox insan isə yaralanıb.
1news.az
652