Evlənmək istəyən 1333 nəfərdə sifilis, 282 nəfərdə QİÇS aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Evlənmək istəyən 1333 nəfərdə sifilis, 282 nəfərdə QİÇS aşkarlanıb

11:07 - 10 / 01 / 2018
Evlənmək istəyən 1333 nəfərdə sifilis, 282 nəfərdə QİÇS aşkarlanıb

Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiq olunduğu 1 iyun 2015-ci ildən 31 dekabr 2017-ci ilə kimi müayinədən 364 284 nəfər keçib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib ki, indiyə qədər tibbi müayinədən keçmiş 14074 nəfərdə talassemiya daşıyıcılığı, 1333 nəfərdə sifilis, 282 nəfərdə isə QİÇS aşkarlanıb.

Onun sözlərinə görə, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 131 olub.

Direktor qeyd edib ki, 2017-ci il ərzində 135 990 nəfər tibbi müayinələrə cəlb edilib:

“Onlardan 3891 nəfərdə talassemiya daşıyıcılığı, 449 nəfərdə sifilis, 119 nəfərdə isə QİÇS qeydə alınıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 41-dir”.

S.Xankişiyeva

 

 

Paylaş:
1015

Son xəbərlər

8 Noyabr proqpekti təmir olunur - NİİM-dən xəbərdarlıqBu gün, 10:48Baş Prokuror: Ulu öndərin Azərbaycanın torpaqlarının azad olunacağına əminliyi var idiBu gün, 10:40Qızıl və gümüş cüzi bahalaşıbBu gün, 10:39ADY-nin qatarları ilə səfər edənlərin sayı artıb - STATİSTİKABu gün, 10:38SR Auto-dan daha bir yenilik! Performans avtomobili, tam elektrikli AVATR tezliklə Bakıda! - FOTOBu gün, 10:26Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilərBu gün, 10:16Sabah Bakı metropoliteninin iş rejimi dəyişdiriləcəkBu gün, 10:16AZAL Beynəlxalq Talassemiya Günü ilə bağlı qanvermə aksiyası keçiribBu gün, 10:10Abşeronda bir neçə evdən böyük məbləğdə valyuta və qızıl oğurlamaqda şübhəli bilinən qadın saxlanıldıBu gün, 10:01Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:43Bakıda mənzildən meyit tapılıbBu gün, 09:34Bakı şəhəri Nizami rayonunda növbəti park abadlaşdırılaraq sakinlərin istifadəsinə verildiBu gün, 09:32Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:23AMB 8 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 09:20Azərbaycan neftinin qiyməti 85 dollardan aşağı düşübBu gün, 09:09Masallıda narkotik vasitə satan şəxslər saxlanılıblar - FOTOBu gün, 09:07Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaqBu gün, 09:05Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:02QDİƏT-in turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə baş tutub07 / 05 / 2024, 17:50Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb07 / 05 / 2024, 17:49
Bütün xəbərlər