Sabirabad Məhkəməsi hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib | 1news.az | Xəbərlər
Rəsmi

Sabirabad Məhkəməsi hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib

20:21 - 11 / 01 / 2018
Sabirabad Məhkəməsi hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib

Prezident İlham Əliyev Sabirabad Rayon Məhkəməsinin hakimi T.B.Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrini rəhbər tutaraq qərara alıram:

Qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Bəhrəm oğlu Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin”.

1news.az

Paylaş:
683

Son xəbərlər

Bütün xəbərlər