İlham Əliyev iranlı həmkarına başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev iranlı həmkarına başsağlığı verib

12:05 - 15 / 01 / 2018
İlham Əliyev iranlı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı verib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.                           

“Hörmətli cənab Prezident,

Ölkənizə məxsus tankerin qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin həlak olması barədə xəbər məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

S.Xankişiyeva

 

Paylaş:
914

Son xəbərlər

Bütün xəbərlər