Ən yaxşı baş məşqçilərin sıralaması açıqlanıb | 1news.az | Xəbərlər
Futbol

Ən yaxşı baş məşqçilərin sıralaması açıqlanıb

16:45 - 24 / 01 / 2018
Ən yaxşı baş məşqçilərin sıralaması açıqlanıb

İspaniyanın “Comunicar es Ganar” portalı tərəfindən 10 müxtəlif kateqoriya üzrə arşadırmanın nəticələri açıqlanıb.

1news.az Goal-a istinadən xəbər verir ki, “ən yaxşı baş məşqçi” kateqoriyasında “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola ilk pilləni tutub. O, 100 mümkün xaldan 78.4-ü toplayıb.

Massimiliano Alleqri (“Yuventus”) 77.5 xalla ikinci, Zinəddin Zidan isə (“Real Madrid”) 74.9 xalla üçüncü olub.

Ümumi sıralamada Joze Mourinyo 6, Ernesto Valverde 9, Xulen Lopeteqi 10, Roberto Martinez 16-cı olub.

Qeyd edək ki, reytinq məşqçilərin təkcə idman nailiyyətlərinə yox, həm də cəmiyyətdə qazandığı mövqe, sosial davranışı, kommersiya brendlərinin marağını cəlb etməsi kriteriyalarına da əsaslanır.

1news.az

Paylaş:
964

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər