İlham Əliyev İsrailin baş naziri ilə görüşüb | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev İsrailin baş naziri ilə görüşüb

17:38 - 24 / 01 / 2018
İlham Əliyev İsrailin baş naziri ilə görüşüb

Yanvarın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda İsrail Dövlətinin baş naziri Benyamin Netanyahu ilə görüşü olub.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, görüşdə İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri məmnunluqla xatırlandı, səfərin nəticələrinin Azərbaycan-İsrail əlaqələrinin inkişafına yeni təkan verdiyi qeyd olundu.

Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edildi, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı.

S.Xankişiyeva

 

Paylaş:
930

Son xəbərlər

Bütün xəbərlər