Şagirdlərə narkotik tərkibli həblərin paylanması xəbəri yayıldı - Təhsil Nazirliyi işə qarışdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Şagirdlərə narkotik tərkibli həblərin paylanması xəbəri yayıldı - Təhsil Nazirliyi işə qarışdı

15:50 - 25 / 01 / 2018
Şagirdlərə narkotik tərkibli həblərin paylanması xəbəri yayıldı - Təhsil Nazirliyi işə qarışdı

Paytaxtda 23 saylı məktəbin qaşısında uşaqlara narkotik tərkibli həblərin paylanması barədə məlumat yayılıb.

1news.az xəbər verir ki, məsələ ilə bağlı Təhsil Nazirliyindən Sonxeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan informasiyanın heç bir əsası yoxdur.

“Bu yayılan informasiyanın heç bir əsası yoxdur. Heç bir məktəbdə belə hal aşkar olunmayıb”.-deyə, məlumatda qeyd olunub.

Məlumat üçün bildirək ki, “Whatsapp” valideynlərdən birinin yaydığı səs yazısında konfet formasında olan bu həblərin uşaqlara heç bir səbəb olmadan paylanıldığı iddia edilir.

Bu həblərin uşaqlarda narkotik asılılığı yaratması təhlükəsi istisna olunmur. Digər məktəblərin də qarşısında belə təhlükənin olmaması üçün valideynlər bir-birini xəbərdar edir.

1news.az

 

Paylaş:
804

Son xəbərlər

Bütün xəbərlər