Azərbaycan Güləş Federasiyasında daha bir təyinat olub | 1news.az | Xəbərlər
İdman

Azərbaycan Güləş Federasiyasında daha bir təyinat olub

19:08 - 25 / 01 / 2018
Azərbaycan Güləş Federasiyasında daha bir təyinat olub

Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Fazil Məmmədovun əmri ilə federasiyanın baş katibi Rəşad Əli-Zadə vəzifəsindən azad edilib.

1news.az AGF-yə istinadla xəbər verir ki, federasiya prezidentinin əmrinə əsasən, Orxan Məmmədov qurumun baş katibi təyin olunub.

Orxan Məmmədov bundan əvvəl AGF-də İdman şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirən Orxan Məmmədov yeniyetmə yaşlarından güləşin sərbəst növü ilə məşğul olub, dəfələrlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalib və mükafatçısı olub. Güləş idman növünün inkişafındakı xidmətlərinə görə o, "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif olunub, idman ustası, əməkdar məşqçidir.

1news.az

Paylaş:
986

Son xəbərlər

Bütün xəbərlər