Metropolitendə Qara Qarayevin 100 illiyi qeyd ediləcək – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Metropolitendə Qara Qarayevin 100 illiyi qeyd ediləcək – FOTO

17:40 - 02 / 02 / 2018
Metropolitendə Qara Qarayevin 100 illiyi qeyd ediləcək – FOTO

“Bakı Metropoliteni” QSC növbəti sosial layihəni gerçəkləşdirəcək. Fevralın 5-də görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ xalq artisti, musiqi mədəniyyətimizin peşəkarı Qara Qarayevin anadan olmasının 100 illiyidir. 

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin 1news.az-a verdiyi xəbərə görə, bu münasibətlə metronun dahi bəstəkarın adını daşıyan “Qara Qarayev” stansiyasında həmin gün saat 17:00-dan 19:00-dək ilk dəfə musiqili proqram təşkil olunacaq.

Metropolitendən istifadə edən sərnişinlər stansiyanın vestibülündə görkəmli bəstəkarın klassik sənət əsərlərindən ibarət konsert proqramını simli kvartetin ifasında dinləyə bilərlər.

1news.az

Paylaş:
659

Son xəbərlər

Bütün xəbərlər