Tağı Əhmədov “Əmək” ordeni ilə təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

Tağı Əhmədov “Əmək” ordeni ilə təltif edilib

13:55 - 03 / 02 / 2018
Tağı Əhmədov “Əmək” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev T.M.Əhmədovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında  sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və nəqliyyat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tağı Məhəmməd oğlu Əhmədov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

S.Xankişiyeva

 

Paylaş:
878

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər