Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib

11:11 - 05 / 02 / 2018
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib

Prezident İlham Əliyev Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıram:

1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin”.

1news.az

Paylaş:
3047

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər