Aktyor Rza Rzayevlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Aktyor Rza Rzayevlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - VİDEO

12:54 - 06 / 02 / 2018
Aktyor Rza Rzayevlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - VİDEO

Bakı şəhəri 220 nömrəli məktəb – liseyində baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsində (BŞTİ) araşdırma aparılır.

1news.az   xəbər verir ki, BŞTİ-dən APA-ya  verilən məlumata görə, yanvarın 29-da özünü 220 nömrəli məktəb-liseyin direktor müavini Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun otağına daxil olaraq, heç bir səlahiyyəti olmadığı halda, məktəbin işinə kobud şəkildə müdaxilə edərək, ifadə edilməsi mümkün olmayan nalayiq ifadələrlə direktoru təhqir və təhdid edib.

 “Həmin hadisə digər şəxslərin şahidliyi ilə baş verib. Bakı şəhəri 220 nömrəli məktəb – liseyin direktorunun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülər və hadisə barədə müvafiq akt hüquq-mühafizə orqanlarına təqdim edilib. Məsələnin nədən qaynaqlandığına gəlincə, 220 nömrəli məktəb-liseyin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarım ildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Heç bir maaş dəyişikliyi gözlənilmədiyi halda, Zeynəb Rzayeva bu qərara etiraz edib. Bundan əlavə, məlum olub ki, direktor müavini Zeynəb Rzayeva müəllimlərdən pul alındığını qeyd etdiyi siyahı hazırlayıb və sonradan həmin siyahıya başlıq əlavə edərək mətbuata verib. Bu məsələnin də araşdırılması ilə bağlı müvafiq qaydada müraciət olunub. Fevralın 1-də 220 nömrəli məktəb-liseydə BŞTİ əməkdaşının iştirakı ilə müəllimlərlə iclas keçirilib və müəllimlər tərəfindən müvafiq iddiaların tamamilə əsassız olduğu bildirilib. Hazırda məsələ ilə bağlı BŞTİ tərəfindən də müvafiq araşdırmalar aparılır” – məlumatda deyilir.

Qeyd edək ki, R. Rzayev aktyordur. R. Rzayev direktor müavini olan bacısı Z. Rzayevanın işdən çıxarıldığını deyərək məktəb direktorunun rüşvət yığdığını iddia edib.

1news.az   

 

Paylaş:
720

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb25 / 09 / 2024, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunub25 / 09 / 2024, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaq25 / 09 / 2024, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşır25 / 09 / 2024, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib25 / 09 / 2024, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladı25 / 09 / 2024, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdi25 / 09 / 2024, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub25 / 09 / 2024, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıb25 / 09 / 2024, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşüb25 / 09 / 2024, 15:46Suveren Azərbaycanın yeni Parlamenti25 / 09 / 2024, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTO25 / 09 / 2024, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib25 / 09 / 2024, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTO25 / 09 / 2024, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb25 / 09 / 2024, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcək25 / 09 / 2024, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıb25 / 09 / 2024, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyib25 / 09 / 2024, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıb25 / 09 / 2024, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilib25 / 09 / 2024, 13:33
Bütün xəbərlər