Bayılda sürüşmə baş verib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayılda sürüşmə baş verib - YENİLƏNİB

15:24 - 10 / 02 / 2018
Bayılda sürüşmə baş verib - YENİLƏNİB

Bayıl yamacında sürüşmə prosesində aktivlik müşahidə edilir.

Bunu Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənov bildirib ki, hazırda aidiyyatı qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri ərazidədir:

“Ciddi problem olduğunu deyə bilərik. Əraziyə baxış keçirildiksən sonra hadisənin detalları ilə bağlı əlavə məlumat veriləcək”.

15.08

Bakıda Bayıl yamacında sürüşmə baş verib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Ə.Qaralov bildirib ki, hazırda ekspedisiyanın əməkdaşları sürüşmə ərazisinə yollanıb: “Əlavə məlumat veriləcək”.

Yerli sakinlər bildirblər ki,  sürüşmə nəticəsində 5-6 evə ziyan dəyib, işıq dirəkləri aşıb. Ərazidə sürüşmə prosesi davam edir.

S.Xankişiyeva

 

Paylaş:
1071

Son xəbərlər

Bütün xəbərlər