İlham Əliyev İran prezidentinə təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev İran prezidentinə təbrik məktubu göndərib

18:06 - 10 / 02 / 2018
İlham Əliyev İran prezidentinə təbrik məktubu göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsini özündə bariz şəkildə əks etdirir. İnanıram ki, qarşılıqlı səylərimizlə bundan sonra da həm ikitərəfli qaydada, həm də regional layihələr çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etməsinə töhfələr verəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim sülh və rifah arzulayıram”.

S.Xankişiyeva

 

Paylaş:
452

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQ

11 / 09 / 2025, 14:48
Bütün xəbərlər