Prezident İlham Əliyev Formula-1 qrupunun baş icraçı direktorunu qəbul edib – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Formula-1 qrupunun baş icraçı direktorunu qəbul edib – FOTO – YENİLƏNİB

13:40 - 13 / 02 / 2018
Prezident İlham Əliyev Formula-1 qrupunun baş icraçı direktorunu qəbul edib – FOTO – YENİLƏNİB

Prezident İlham Əliyev fevralın 13-də Formula-1 Qrupunun baş icraçı direktoru Çeyz Kerini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanda Formula-1 yarışlarının çox yaxşı təşkil olunduğu və yüksək səviyyədə keçirildiyi vurğulandı.

Qeyd edildi ki, Formula-1 yarışlarının Azərbaycanda təşkili xeyli sayda insanların paytaxtımızda gedən inkişafla yaxından tanış olması ilə bərabər, eyni zamanda, Azərbaycana turist axınının təmin edilməsi işinə də öz töhfəsini verib.

Söhbət zamanı Bakıda bu ilin aprel ayında keçiriləcək Formula-1 yarışları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

1news.az

 

Paylaş:
726

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər