“Real” PSJ-yə, “Porto” “Liverpul”a qarşı
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma keçiriləcək.
1news.az-ın məlumatına görə, günün ən çox maraqla gözlənilən qarşılaşması Madriddə baş tutacaq. Belə ki, paytaxtı təmsil edən turnirin son qalibi “Real” doğma arenada PSJ-ni qonaq edəcək.
Ölkə çempionatında arzuolunan oyunu göstərə bilməyən “Kral klubu” bütün diqqətini ÇL-ə yönəldiblər. Fransa çempionatında liderlik edən parislilər də qitənin ən mötəbər klub turnirində qalib olmaq üçün mübarizə aparırlar.
Günün digər qarşılaşması isə “Porto” ilə “Liverpul” klubları arasında keçiriləcək. Bu görüşdə “Liverpul”un qalib gəlmək şansı bir qədər yüksək göstərilsə də, öz meydanında oynayacaq Portuqaliya təmsilçisinin də qalib gələcəyinə inananlar az deyil.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
14 fevral
23:45. “Real” (Madrid, İspaniya) – PSJ (Fransa)
Baş hakim: Canluka Rokki (İtaliya)
23:45. “Porto” (Portuqaliya) – “Liverpul” (İngiltərə)
Baş hakim: Daniele Orsato (İtaliya)
1news.az