Azyaşlı həmyerlimiz Misirdə keçirilən taekvando yarışında qalib olub - FOTO
Misirin paytaxtı Qahirə şəhərində uşaqlar arasında taekvando üzrə keçirilən Misir kubokunda 10 yaşlı soydaşımız Sumeyra Xəlilova ölkəmizi uğurla təmsil edib.
1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, ölkə üzrə keçirilən bu yarışda 3-cü yerə layiq görulən Sumeyra Xəlilova bürünc medal qazanıb.
Soydaşımız buna qədər Qahirə şəhəri üzrə bir çox yarışlarda qalib gəlsə də bu, onun ən böyük uğuru idi.
"Vətənpərvər" - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi sədri, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, S.Xəlilova idmandakı uğuru ilə yanaşı, dərslərində də çox fəaldır. 10 yaşlı soydaşımız artıq bir neçə dildə sərbəst danışır. S.Nəsirov azyaşlı soydaşımızın valideynləri ilə görüşərək onları təbrik edib və diaspor təşkilatı olaraq onlara dəstək göstərməyə hazır olduğunu bildirib.
S.Xankişiyeva