Prezident İlham Əliyev Böyük Britaniyanın Baş nazirinin ticarət elçisini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş nazirinin ticarət elçisini qəbul edib - YENİLƏNİB

14:00 - 14 / 02 / 2018
Prezident İlham Əliyev Böyük Britaniyanın Baş nazirinin ticarət elçisini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi xanım Baronessa Emma Nikolsonu qəbul edib.

1news.az xəbər verir ki, dövlətimizin başçısı Baronessa Emma Nikolsonun Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçiriləcək 4-cü iclasında iştirakına görə minnətdarlığını bildirdi.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, BP şirkəti ilə Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd edildi.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfənin, “Cənub Qaz Dəhlizi” layihəsinin önəmi vurğulandı, layihə ilə bağlı Məşvərət Şurasının Bakıda keçiriləcək 4-cü iclasının əhəmiyyəti qeyd edildi.

1news.az

10:55

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi xanım Baronessa Nikolsonu qəbul edib.

1news.az bu barədə dövlət başçısının saytına istinadla xəbər verir.

1news.az

Paylaş:
535

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər