İlham Əliyev İran prezidentinə başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev İran prezidentinə başsağlığı verib

15:00 - 18 / 02 / 2018
İlham Əliyev İran prezidentinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı verib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizdə sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

S.Xankişiyeva

 

Paylaş:
852

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQ

11 / 09 / 2025, 14:48
Bütün xəbərlər