Reynaldonun yeni klubu rəsmən məlum oldu | 1news.az | Xəbərlər
Futbol

Reynaldonun yeni klubu rəsmən məlum oldu

18:35 - 21 / 02 / 2018
Reynaldonun yeni klubu rəsmən məlum oldu

“Qarabağ”ın sabiq futbolçusu Reynaldonun yeni klubu rəsmən müəyyənləşib.

1news.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını Qazaxıstan çempionatında davam etdirəcək.

O, “Aktobe” ilə müqavilə imzalayıb. “Bir müddətdi bu klubda baxışda olan “sambaçı” özünü yaxşı tərəfdən göstərməyi bacarıb. 28 yaşlı hücumçu ilə mövsümün sonuna qədər sözləşmə imzalanıb.

Qeyd edək ki, 2013-16-cı illərdə Ağdam klubunda çıxış edən 28 yaşlı hücumçu ardıcıl 3 dəfə - 2013/14, 2014/15 və 2015/16 mövsümlərində Azərbaycan çempionu, 2014/15 və 2015/16 mövsümlərində isə Azərbaycan kubokunun qalibi olub.

1news.az

Paylaş:
816

Son xəbərlər

Bütün xəbərlər